Trabzonda PKK tərəfdarları 300 nəfərin hücumuna məruz qaldı

Trabzonda PKK tərəfdarları 300 nəfərin hücumuna məruz qaldı backend

Türkiyənin Trabzon şəhərindəki avtovağzalda PKK terror təşkilatının təbliğatı ilə məşğul olan üç nəfər təxminən 300 nəfərin hücumuna məruz qalıb.

APA TV-nin məlumatına görə, Siirt rayonundan gələrək uşağını müalicəyə aparan bir nəfər avtovağzalda iki nəfərə qoşularaq PKK terror təşkilatının təbliğatı ilə məşğul olmağa başlayıblar. Bundan xəbər tutan avtovağzal əməkdaşları və sərnişinlər terror təşkilatının təbliğatını ilə məşğul olan şəxslərə hücum ediblər. Sərnişin daşımaçılığı ilə məşğul olan şirkətlərdən birinin ofisinə sığınan PKK tərəfdarları polisdən yardım istəyiblər. Əraziyə çevik polis qüvvələri cəlb edilib. Qəzəbli kütlə ilə polis arasında qısa gərginlik yaşanıb. PKK təbliğatı ilə məşğul olan şəxslərə polis forması geyindirilib, onlar ofisdən çıxarılaraq polis şöbəsinə aparılıblar.



Diaspora