Ermənistanın Ararat rayonunun Bağramyan kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, 45 məktəblidə kəskin zəhərlənmə simptomları qeydə alınıb.
Zəhərlənmiş məktəblilərdən 43-ü xəstəxanaya yerləşdirilib, daha iki şagirdə ambulator müalicə təyin edilib. Xəstələrin əksəriyyətinin orta ağır olduğu bildirilir.
Məktəblilər nahar zamanı məktəbin bufetində hot-doq yediklərini bildirib. Onların sözlərinə görə, hot-doqdakı sosislərin şirin tamı olub.
Epidemioloji araşdırma hot-doqların Bağramyan kəndində hazırlanaraq, ümumilikdə, rayonun 13 yaşayış məntəqəsindəki məktəblərə paylaşdırılıb.