Çoxarvadlı kişi 60-cı dəfə ata olub - Amma bu son deyil...

Çoxarvadlı kişi 60-cı dəfə ata olub - Amma bu son deyil... backend

Pakistanlı çoxarvadlı kişi 60-cı dəfə ata olub və bahalaşmadan şikayətlənib.

Pakistanın Kvetta şəhərindən olan çoxarvadlı kişi 60-cı dəfə ata olub və bununla kifayətlənmək fikrində deyil.

Qaziler.az bildirir ki, bununla bağlı Daily Mirror yazıb.

50 yaşlı həkim Sərdar Can Məhəmməd Xan Xilcinin üç arvadı və 60 övladı var. Kişinin ilk dəfə nə vaxt ata olduğu və üç qadının hər birinin neçə uşaq dünyaya gətirdiyi dəqiq məlum deyil. Ailənin sonbeşiyi oğlandır və ona Hacı Xuşxal Xan adı qoyulub.

Xılcının dediyinə görə, ərzaq məhsullarının qiymətinin tez-tez artması səbəbindən belə böyük ailəni dolandırmaq onun üçün çətindir.

Çətinliklərə baxmayaraq, pakistanlı bununla kifayətlənmir və dostlarından ona yeni övladlar bəxş edəcək dördüncü arvad tapmağı xahiş edib.

QAZİLER.AZ

Diaspora