Moldovada Rusiya səfirliyinin qapısına “Putin qatildir” yazan şəxs cərimələnib

Moldovada Rusiya səfirliyinin qapısına “Putin qatildir” yazan şəxs cərimələnib backend

Kişinyovun Buyukan rayon məhkəməsi rusiyalı Aleksandr Kudaşovu 2022-ci ilin oktyabrında Rusiyanın Moldovadakı səfirliyinin qapısına “Qatil Putin” yazdığına görə 25 min Moldova leyi (1213 avro) cərimələyib.

Qaziler.az bildirir ki, bu barədə Kudaşov özü “Facebook” səhifəsində yazıb.

"Əgər 72 saat ərzində bu cəriməni ödəsəm, bu məbləğin yarısı olacaq. Lakin təbii ki, məndə bu qədər pul yoxdur. Ona görə də vəsaitin toplanmasını elan edirəm. Məni cəriməni ödəmədiyimə görə saxlamasınlar. Çünki mən bütün dünya və Moldovadakı böyük əksəriyyətin fikrini ifadə etmişəm", - deyə Kudaşov qeyd edib.

QAZİLER.AZ

 

 

Diaspora