Rusiyanın, Ukraynanın və Almaniyanın liderləri Vladimir Putin, Pyotr Poroşenko və Angela Merkel arasında telefon danışığı olub. Onlar telefon söhbətində Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər.
ANS PRESS-in məlumatına görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.Onun sözlərinə görə, liderlər Debaltsevo şəhərindəki vəziyyətlə bağlı atəşkəsin fevralın 15-dən dayandırılması barədə əldə olunmuş razılığa riayət edilməməsindən narahatlıqlarını söyləyiblər. Tərəflər ATƏT tərəfindən monitorinqin keçirilməsi məqsədi ilə konkret addımların atılmasına razılıq veriblər.
Bundan başqa, Merkel və Poroşenko Moskvaya çağırış edib ki, qoşun dəstələrinə təsir göstərsin və onlar atəşkəs rejiminə riayət etsinlər.
Ş.Zaybert vurğulayıb ki, Minskdə müzakirə edildiyi kimi, silahların çıxarılmasına bu gündən başlanmalıdır.