Polşanın müharibə təzminatı tələbi: ABŞ-dan kömək istədi

Polşanın müharibə təzminatı tələbi:  ABŞ-dan kömək istədi backend

Almaniyadan 1,3 trilyon avro tələb edən Varşavadan verilən açıqlamada "Biz ABŞ-ın bu yöndə "açar" ölkə olduğuna inanırıq" deyilir.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Polşa və Almaniya arasında müharibə təzminatı böhranı davam edir.

Varşava administrasiyası Berlindən İkinci Dünya Müharibəsi zamanı ölkəsinə vurduğu ziyanı kompensasiya etməsini istəyir.

İstənilən nəticəni əldə edə bilməyən Polşa üzünü Vaşinqtona çevirib.

Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik ABŞ Konqresindən kömək almağa çalışacaqlarını bildirib.

Mətbuat konfransı keçirən Mularçik Polşanın müharibə zamanı itkiləri ilə bağlı hesabatı tərtib edən komandaya rəhbərlik etdiyini xatırladıb.

Mularçuk təzminat üçün ABŞ-ın dəstəyinə arxalandığını söylədi.

2022-ci il sentyabrın 1-də Polşa hökuməti İkinci Dünya Müharibəsi zamanı Polşanın məruz qaldığı maliyyə itkilərinin təfərrüatlarını əks etdirən geniş hesabat hazırlayıb və müvafiq olaraq Almaniyadan 1,3 trilyon avro təzminat tələb edib.

QAZİLER.AZ

Diaspora