Parisdə yoldan keçənlərə bıçaqla hücum edən şəxs azı 6 nəfəri yaralayıb

Parisdə yoldan keçənlərə bıçaqla hücum edən şəxs azı 6 nəfəri yaralayıb backend

Parisin Şimal vağzalında naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, polis tərəfindən zərərsizləşdirilib.

Parisin Şimal vağzalında naməlum şəxs bıçaqla insanlara hücum edib, bir neçə nəfər yaralanıb. "France Bleu" yazır ki, hücum edən şəxs artıq polis tərəfindən zərərsizləşdirilib.

Lakin onun öldürüldüyü və ya sadəcə saxlanıldığı dəqiqləşdirilməyib.

Bu, yerli vaxtla səhər saat 6:40-da  stansiyanın özündə baş verib. Polis hadisəyə operativ reaksiya verib, hazırda orada təhlükəsizlik perimetri yaradılıb.

BFM TV-nin məlumatına görə, hücum nəticəsində azı 6 nəfər yaralanıb.

Fransa dəmir yolu şirkətinin məlumatına görə, qatarların hərəkəti pozulmayıb.

QAZİLER.AZ

Diaspora