Ukraynanın beşinci prezidenti Pyotr Poroşenko Britaniyanın DAF yük maşınlarının İran pilotsuz təyyarələrindən müdafiə üçün zenit qurğuları ilə təchiz ediləcəyini elan edib.
Qaziler.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Poroşenkonun şərhinə istinadən bildirir.
Bu, Poroşenko Fondu, “Right Hromad” QHT və yerli hakimiyyət orqanlarının enerji infrastrukturu obyektlərinin mühafizəsinə yönəldilmiş birgə təşəbbüsüdür. Pilot layihə Kiyevdə həyata keçirilir.
O, həmçinin bildirib ki, könüllülərdən ibarət fond qrupu artıq 91 ədəd DAF yük maşınını tədarük edib, onlar konvertasiya olunaraq qoşunlara təhvil verilir.
QAZİLER.AZ