İlkin mərhələdə Ukraynanın bərpası üçün lazım olan məbləğ açıqlandı

İlkin mərhələdə Ukraynanın bərpası üçün lazım olan məbləğ açıqlandı backend

Ukraynanın Nazirlər Kabineti bu il Rusiyanın genişmiqyaslı işğalı nəticəsində zədələnmiş və məhv edilmiş əmlakın bərpası üçün 17 milyard dollar almağı planlaşdırır.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki,  bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal açıqlama verib. 

"Hazırda bizə məlum olan mənbələrdən bildirilib ki, bərpa üçün ümumi məbləğ təxminən 110 milyard qrivna təşkil edir. Ümumilikdə, bu il biz zədələnmiş və məhv edilmiş əmlakın prioritet bərpası üçün 17 milyard dollar və ya 680 milyard qrivna alacağımızı gözləyirik", - Baş nazir Denis Şmıxal hökumətin iclasında deyib.

Baş nazirin sözlərinə görə, Nazirlər Kabineti bu bərpa üçün dörd əsas maliyyə mənbəyi müəyyən edib. Bunlardan birincisi Dünya Banklarında Rusiyanın müsadirə edilmiş vəsaitləridir.

QAZİLER.AZ

Diaspora