Möhkəm və dayanıqlı smartfonları ilə məşhur olan DOOGEE 22 min mAh batareya gücünə malik modeli haqda məlumat yayıb.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Çinin telefon istehsalçısı “Doogee”nin qarşıdakı aylarda yeni dayanıqlı telefon, planşet və smartfon modellərini bazara çıxaracağı gözlənilir.
Bunların arasında ən diqqət çəkən modelin “Doogee V Max” olacağı deyilir. Çünki sözügedən telefonda 22 minlik mAh batareya gücünə malik olan nəhəng batareya var.
“Doogee V Max” qutudan 6,58 düymlük Full HD+ IPS 120Hz displeylə çıxacaq. MediaTek Dimensity 1080 prosessoru ilə təchiz ediləcək telefonda 108 MP əsas kamera, 20 MP gecə görmə kamerası və 16 MP ultra geniş bucaq kamerası var.
Telefonun ön hissəsində 32 MP, Sony IMX616 sensoru, 90 dərəcə baxış bucağı ilə selfi kamerası var.
Android 12 əməliyyat sistemi ilə gələn telefonun ən böyük xüsusiyyəti USB-C portu vasitəsilə 33 Vt-a qədər sürətli şarjı dəstəkləyən 22.000 mAh batareyaya sahib olmasıdır.
Şirkətin məlumatında qeyd edilir ki, telefonun normal istifadədə 10 günə qədər batareya ömrü olur, 100 saat zəng və 64 gün isə gözləmə rejimindədir.
“Doogee V Max”ın fevralın 10-dan etibarən 12 GB RAM və 256 GB yaddaş versiyası ilə 600 dollardan satışa çıxarılacağı bildirilib.
QAZİLER.AZ
