“Hyundai Motors”un işçiləri əməkhaqqının azlığı ilə bağlı tətillərə başlayıblar.
AZƏRTAC xəbər verir ki, tətillərin sentyabr 14-dək davam edəcəyi bildirilir. Şirkətin həmkarlar ittifaqı işçilərin aylıq əməkhaqqının 7,8 faiz artırılması, 65 yaşadək zəmanətli iş təhlükəsizliyinin təmin olunması kimi tələblər irəli sürüb.