Səudiyyə Ərəbistanı "Covid-19Ü epidemiyası zamanı zəvvarlara tətbiq edilən yaş və say məhdudiyyətlərinin bu il tətbiq edilməyəcəyini açıqlayıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tevfik er-Rabia Ciddədə keçirilən “Expo Hajj 2023” sərgisinin açılışında deyib.
Bu il zəvvarlara yaş məhdudiyyəti qoyulmayacağını və sayının epidemiyadan əvvəlki kimi olacağını qeyd edən Rabia bu qərarı “şad xəbər” kimi qiymətləndirib.
Səudiyyə Ərəbistanı 2020-ci ildən - koronavirusun yayılmasından sonra zəvvarlara yaş və say məhdudiyyətləri qoymuşdu. Bu səbəbdən 2019-cu ildə zəvvarların sayı 2,5 milyon olan Səudiyyəyə 2020-ci ildə 10 min, 2021-ci ildə 60 min, 2022-ci ildə isə 899 min zəvvar gələ bilib.
QAZİLER.AZ