Rusiya əsirliyində olan Azovstal müdafiəçilərinin sayı açıqlandı

Rusiya əsirliyində olan Azovstal müdafiəçilərinin sayı açıqlandı backend

Azovstal Müdafiəçilərinin Ailələri Assosiasiyasının həmtəsisçisi Qalina Klempous iki minə yaxın Azovstal müdafiəçisinin hələ də Rusiya əsirliyində olduğunu bildirib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, o bu barədə “Espresso” telekanalının efirində açıqlayıb. Qeyd edib ki, məhkumlar arasında kişilər və qadınlar da var.

“Son mübadilə zamanı Mariupolun 8 müdafiəçisi geri qayıtdı. Onların bəziləri Azovstalda idi”, deyə Qalina Klempous deyib.

"Biz dəqiq rəqəmi açıqlaya bilmərik, çünki bu vəziyyətə təsir edə bilər. Hələ də iki minə yaxın Azovstal  müdafiəçisi - qadın və kişilər əsirlikdədir", - o əlavə edib.

QAZİLER.AZ

Diaspora