Yaponiya Ali Məhkəməsi yapon müəllifin patent hüququnu pozduğuna görə “Apple” şirkətinin 2,7 milyon dollar cərimə edilməsi barədə qərar qəbul edib.
Şirkətin istehsal etdiyi iPod musiqi pleyerində həmin yapon tərəfindən ixtira edilmiş texnologiya onun icazəsi olmadan tətbiq edilib.“İdarəedici dairə” (Click Wheel) adlanan sensor texnologiyası bir barmağın köməyi ilə iPod-u idarə etməyə imkan yaradır.
Tokionun qərbindəki Yamanaşi prefekturasında yaşayan, lakin adı açıqlanmayan ixtira müəllifi “Apple Japan” şirkətinə qarşı 80 milyon dollarlıq iddia ilə məhkəməyə müraciət etmişdi.