Qırğızıstanda havaların soyuq keçməsi ilə əlaqədar məktəblərdə Yeni il tətilinin uzadıldığı bildirilib.
Qaziler.az “HaberGlobal”a istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın təhsil və elm naziri Ulanbek Mambetakunov “Facebook” hesabında paylaşım edib. O, məktəblərdə tətilin yanvarın 16-dək uzadılmasına qərar verildiyini bildirib.
Səhiyyə Nazirliyi ölkədə gözlənilən həddindən artıq soyuq hava şəraiti ilə əlaqədar Təhsil və Elm Nazirliyinə məktəblərdə tətil müddətinin uzadılmasını və ya onlayn təhsilə üstünlük verməyi tövsiyə edib.
Nazirliyin açıqladığı təqvimə əsasən, dekabrın 30-dan yanvarın 11-dək aralıq tətil və Yeni il şənlikləri ilə əlaqədar məktəblər bağlanıb.
QAZİLER.AZ