Avstraliyada 2 uşaq qripdən ölüb

Avstraliyada 2 uşaq  qripdən ölüb backend

Avropa ölkələrində uşaqlar arasında qripa yoluxma halları davam edir. Almaniyada RSV virusundan çoxlu sayda uşağın reanimasiyaya yerləşdirildiyi bildirilir.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Linz şəhərindən isə ölüm xəbəri gəlib.

Ölkənin üçüncü böyük xəstəxanası olan Linzdəki “Kepler Universitats Klinkum” tərəfindən verilən açıqlamaya görə, xəstəxanalarda qripdən və buna bənzər xəstəliklərdən dolayı xəstələrin sayının artdığı, bəzilərinin isə reanimasiyada müalicə olunduğu vurğulanıb.

Açıqlamada bəzi uşaqlarda qrip və onun törəmə xəstəliklərinin ağır keçdiyi, müxtəlif xəstəliklərə səbəb ola biləcəyi qeyd edilib. Məlumatda 2 uşağın qripdən dünyasını dəyişdiyi, 2 uşağın vəziyətinin isə kritik olduğu, reanimasiyada müalicə aldığı bildirilib.

Ölkədə koronavirusla yanaşı, qrip və RSV kimi məlum olan tənəffüs yolu xəstəlikləri ilə bağlı əhaliyə ciddi xəbərdarlıq edilib.

QAZİLER.AZ

loading...
Diaspora