Almaniya Ukraynaya "Leopard" tankları göndərmək niyyətində deyil

Almaniya Ukraynaya "Leopard" tankları göndərmək niyyətində deyil backend

Almaniya hökumətinin sözçüsü bildirib ki, Berlin hələlik Ukraynaya "Leopard 2" tankları göndərmək fikrində deyil.

Qaziler.az bildirir ki, bu barədə Sky News xəbər verir.

Məlumata görə, bu açıqlama Almaniyanın iqtisadiyyat naziri Robert Habekin Berlinin "Leopard" tanklarının tədarükünü istisna edə bilməyəcəyini söyləməsindən sonra verilib.

Keçən həftə Almaniya Rusiya qüvvələrini dəf etmək üçün daha ağır silahlarla bağlı çağırışlara cavab olaraq Kiyevə "Marder" piyada döyüş maşınları verəcəyini bildirmişdi.

QAZİLER.AZ

 

Diaspora