Demokratlar Partiyası ABŞ Senatında respublikaçıların İranla nüvə razılaşmasına qarşı olan qətnaməni bloklayıblar. APA-nın verdiyi xəbərə görə, bu barədə Bloomberg məlumat yayıb.
Respublikaçılar Partiyasından olan senator Con Kornin qeyd edib ki, Senat “demokratları fikrindən döndərmək” məqsədilə gələn həftə, gündəliyə uyğun olaraq, sazişin müzakirəsini davam etdirəcək.
Senator-demokrat Dik Durbin isə qeyd edib ki, təkrar səsvermənin keçirilməsi İranla bağlanan sazişə dair verilən qərara heç bir təsir etməyəcək.