Rusiya, Suriya və Türkiyə XİN başçıları Moskvada görüşə bilər

Rusiya, Suriya və Türkiyə XİN başçıları Moskvada görüşə bilər backend

Rusiya, Suriya və Türkiyə xarici işlər nazirləri yanvarın 11-də Moskvada görüşə bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti yazıb.

Nəşrin yazdığına görə, yanvarın 4-də Dəməşqə səfər edən və Suriya lideri Bəşər Əsədlə görüşən Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan da görüşdə iştirak edə bilər. Qəzet yazır ki, əldə olunan razılığa əsasən, Moskvada keçirilən danışıqlarda Rusiya, Suriya və Türkiyə prezidentlərinin iştirakı ilə zirvə görüşünə hazırlıq da müzakirə oluna bilər.

"BƏƏ belə sammitin keçirilməsi üçün yer təklif edib. Üçtərəfli sammit Moskvada baş tutsa, Əmirliyin yüksək rütbəli nümayəndəsi də həmin görüşdə iştirak edə bilər", - deyə “Asharq Al-Awsat” qəzeti yazıb.

loading...
Diaspora