Ukrayna Donbasdakı münaqişəyə görə Rusiyanın 1700-dən çox vətəndaşının ölkəyə girişinə qadağa qoyub. APA-nın verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.
“Hazırda 1700-dən Rusiya vətəndaşının Ukrayna ərazisinə girişinə qadağa qoyulub”, deyə məlumatda bildirilir.
Məlumata görə, Kiyev Rusiya vətəndaşlarına qarşı məhdudiyyət tədbirlərini və sanksiyaları 2014-cü ilin mart ayından tətbiq edir.