ABŞ-da Rusiyanı hətta Avropanın üzləşdiyi qaçqın böhranında da ittiham edirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər Komitəsinin rəhbəri Aleksey Puşkov bildirib.
“Lakin İŞİD-in yaranmasında və bir neçə Yaxın Şərq dövlətinin dağılmasında səbəb məhz Vaşinqtonun siyasəti olub”, deyə o bildirib.A.Puşkovun bundan əvvəl bildirdiyinə görə, İŞİD problemi ABŞ-a bölgədə uzun müddətə və ciddi şəkildə qalmasını təmin etmək üçün lazımdır.