ABŞ prezidenti Barak Obama gələn il azı 10 min suriyalı qaçqının qəbul olunmasına dair öz administrasiyasına göstəriş verib. APA-nın verdiyi xəbərə görə, bunu Aö Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
Ernest qeyd olunan qərarı Vaşinqtonun bu istiqamətdəki öhdəliklərinin “əhəmiyyətli dərəcədə genişləndirilməsi” adlandırıb: “Lakin biz bu insanları yaşayış, tibbi xidmət, ərzaq və su ilə təmin etməyə imkanlarımızın olmasına zəmanət verməliyik”.