Zelenskiyə ABŞ-da yeni vəzifə təklif olundu

Zelenskiyə ABŞ-da yeni vəzifə təklif olundu backend

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsinə təyin edilməsi təklif edilib.

Qaziler.az xəbər verir ki, bu barədə siyasi tok-şou verilişinin amerikalı aparıcısı və “Rubin” YouTube kanalının yaradıcısı Deyv Rubin “Twitter”də yazıb.

Rubin Ukrayna liderinə yeni vəzifə təklif edib: "Zelenski Nümayəndələr Palatasının sədri olacaq, elə deyilmi?" – deyə aparıcı zarafat edib.

Yanvarın əvvəlində ABŞ Zelenskinin Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi Milad atəşkəsindən imtina etməsini şərh edib. Respublikaçı konqresmen Pol Qosar siyasətçinin bu qərarına təəccüblənib və bu münaqişənin maliyyələşdirilməsinin əxlaqsızlıq olduğunu qeyd edib.

QAZİLER.AZ

Diaspora