ABŞ-ın beynəlxalq hərbi qüvvələr haqda məlumat toplayan “Global Firepower” internet saytı 2023-cü ilin ən güclü hərbi hava qüvvələrinin siyahısını açıqlayıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, dünyanın ən güclü hərbi hava qüvvələrinin paylaşıldığı siyahıda təyyarələrin sayı, keyfiyyəti, pilot və hərbçilərin sayı, ordunun büdcəsi kimi bir sıra kriteriyalar önə çəkilib.
Hazırlanan hesabata əsasən, Türkiyə Hava Qüvvələri siyahıda 9-cu yerdə qərarlaşıb. Siyahının ilk pilləsində ABŞ, ikinci yerdə Rusiya, 3-cü isə Çindir. İlk onluqda siyahının davamını Hindistan, Cənubi Koreya, Yaponiya, Pakistan, Misir, Türkiyə və Fransa davam etdirib. Azərbaycan isə bu siyahıda 57-ci, Ermənistan 85-cidir.
QAZİLER.AZ