"Taliban" şahzadə Harrini mühakimə etməyə çağırdı

"Taliban" şahzadə Harrini mühakimə etməyə çağırdı backend

Əfqanıstanda Taliban hərəkatının nümayəndəsi Süheyl Şahin şahzadə Harrinin İslam dövlətində hərbi xidmət zamanı törətdiyi qətllərlə bağlı etiraflarını mühakimə etməyə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, "SkyNews"a müsahibəsində deyib. "Taliban" nümayəndəsinin sözlərinə görə, hersoq cinayətlərə görə cavab verməlidir.

Onlar (ölənlər.red) öz ölkələrinin azadlığı uğrunda döyüşənlər, siz isə işğalçılar olmusunuz. Onlar xalqın qəhrəmanı, siz isə onların düşməni idiniz”, - deyə Şahin bildirib.

Qeyd edək ki, Britaniya mətbuatında şahzadənin “Ehtiyat” adlanan tərcümeyi-halından çıxarışlar dərc olunub. Çıxarışların birində Harri 25 talibanı öldürdüyünü etiraf edib.

“Bu rəqəm mənim üçün 25-dir. Məni qürurlandırmır, amma narahat da etmir”, - Harri kitabda yazıb.

QAZİLER.AZ

Diaspora