PKK hakim partiyanın Diyarbəkirdəki binasına hücum edib

PKK hakim partiyanın Diyarbəkirdəki binasına hücum edib backend

Türkiyənin Diyarbəkir şəhərində hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, PKK terrorçuların iriçaplı silahlardan açdığı atəş nəticəsində binanın mühafizəsini təmin edən 2 polis əməkdaşı yaralanıb.

Məlumata görə, terrorçular binanın mühafizəsini həyata keçirən zirehli polis maşınını atəşə tutub. Polis əməkdaşları tərəfindən cavab atəşi açıldıqda terrorçular hadisə yerini tərk edib.

Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb.

Hadisə yerində terrorçulara məxsus qumbaraatan aşkarlanıb.
Diaspora