Bayden Kamala Harrisə 6-cı dəfə prezident dedi - VİDEO

Bayden Kamala Harrisə 6-cı dəfə prezident dedi - VİDEO backend

ABŞ prezidenti Co Bayden yenə buraxdığı səhvlə gündəm olub.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, 80 yaşlı Bayden köməkçisi Kamala Harris barəsində növbəti dəfə yanlış ifadə işlədib.

Bayden Ağ Evdə çıxışı zamanı sərhəd təhlikəsizliyi və mühacirlərin vəziyyətindən danışarkən altıncı dəfə Harrisə prezident deyə müraciət edib.

O, sərhəddin qeyri-qanuni keçilməsi və bunun qarşısını almaq üçün görülən tədbirlərdən danışarkən: “Prezident Harris ayrıldıqları ölkələrdə işlərin daha yaxşı olması üçün göstərilən səylərə liderlik etdi”, - deyib.

Həmin an Bayden Harrisə dönüb və 58 yaşlı köməkçisi isə başını yelləyərək “hə” deyib.

Lakin daha sonra Ağ Evin rəsmi saytında dərc olunan mətndə Baydenin çıxışına düzəliş ediliyi, mötərizədə Kamala Harrisin “köməkçisi” olaraq qeyd edildiyi görülüb.

Qeyd edək ki, ABŞ prezidenti buna qədər artıq 5 dəfə köməkçisi Kamala Harrisi prezident adlandırıb.  

QAZİLER.AZ

Diaspora