Çinin Tayan şəhər məhkəməsi keçmiş məmuru rüşvətxorluğa görə ölüm cəzasına məhkum edib.
Qaziler.az Çinin Tayan şəhərinin məhkəməsi keçmiş məmuru rüşvət aldığı üçün ölüm cəzasına məhkum edib. Bu barədə Çinin “Jenmin jibao” qəzeti məlumat yayıb.
Liaonin Əyalətinin Xalq Siyasi Məsləhət Şurasının keçmiş sədr müavini 540 milyon yuan (təxminən 78 milyon dollar) rüşvət aldığı üçün ölüm cəzasına məhkum edilib.
Qeyd olunur ki, təqsirləndirilən şəxsin bütün əmlakını dövlət müsadirə etməklə yanaşı, hökm iki il şərti cəza ilə icra olunmalıdır. İki illik müddətdən sonra cəzanın daha da yüngülləşdirilməsi hüququ olmadan edam cəzası ömürlük həbslə əvəz olunacaq. Yüngülləşdirici hallar təqsirləndirilən şəxsin istintaqa fəal kömək etməsi olub.
QAZİLER.AZ