Bu gün Norveçin mərkəzində güclü külək tikinti kranını aşırıb, bir nəfər yaralanıb, bir nəfər itkin düşüb.
Qaziler.az bildirir ki, bu barədə apnews.com məlumat yayıb.
Külək ölkənin üçüncü ən böyük şəhəri Trondheimdən 15 kilometr cənubda yerləşən Melhusda ticarət mərkəzinə ən azı 50 metr hündürlükdə olan kranın aşmasına səbəb olub.
Kranın aşması ticarət mərkəzinin ikinci mərtəbəsinə ziyan vurub. Hazırda xilasedicilər sağ qalanları tapmaq ümidi ilə binada axtarış aparırlar.
Polis sözçüsü Ole Petter Hollingen jurnalistlərə bildirib ki, axtarışda itlər və drondan istifadə edilir.
