Britaniya şahzadəsi Harri nəşr olunacaq yeni kitabında Əfqanıstanda keçdiyi əsgəri xidmətdən danışıb.
Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, şahzadə Harri memuarında 25 nəfəri öldürdüyünü və onları insan olaraq görmədiyi üçün heç bir utanc duymadığını yazıb.
Şahzadə Harri Əfqanıstanda keçirdiyi dövrlə bağlı memuarına daxil etdiyi xatirələrində 25 nəfəri öldürdüyünü yazaraq, öldürdüyü üsyançıları “yaxşıları öldürmədən ortadan qaldırılan pislər” olaraq gördüyünü bildirərək bundan utanc duymadığını yazıb.
Şahzadə kitabına aşağıdakı ifadələri daxil edib:"Birinci gündən məqsədim doğru şeyi edib-etmədiyimə dair heç bir şübhə ilə yatağa girməmək idi... və yaxınlıqda mülki şəxslər olmadan sadəcə "Taliban"a atəş açmaq idi. Mən İngiltərəyə bütün əzalarım yerində geri qayıtmaq istədim., amma daha çox, vicdanım pozulmadan evə getmək istəyirdim".
QAZİLER.AZ