İsrail Qəzza zolağı ilə sərhəddə beton divar hörür

İsrail Qəzza zolağı ilə sərhəddə beton divar hörür backend

İsrail hakimiyyəti orqanlarının anklava ən yaxın yaşayış məntəqələrinin təhlükəsizliyini gücləndirmək üçün Qəzza zolağı ilə sərhəddə beton sədd çəkməyə başladığını bildirib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 4-də hasarın ilk daşının təməlqoyma mərasimi keçirilib. Beton səddin ümumi uzunluğu 4,6 kilometr olacaq. Hərbçilərin sözlərinə görə, o, Fələstin anklavı ilə sərhədin yaxınlığından keçən iki magistral yol boyunca tikiləcək.

İsrail ordusunun Qəzza diviziyasının komandiri, polkovnik-leytenant Avi Rosenfeldin sözlərinə görə, Təhlükəsiz Yolun məqsədi bölgədəki bütün nəqliyyatın həm normal, həm də böhranlı vəziyyətdə Qəzza zolağından gələn təhlükələrdən qorunmasını təmin etməkdir.

İdarənin nümayəndələri əlavə ediblər ki, tikintinin bu ilin yayında başa çatdırılması planlaşdırılır. Layihənin dəyəri hələ dəqiqləşdirilməyib.

QAZİLER.AZ

Diaspora