Bayden “Milad atəşkəsi” ilə bağlı Putinə inanmır

Bayden “Milad atəşkəsi” ilə bağlı Putinə inanmır backend

ABŞ prezidenti Co Bayden Vladimir Putinin 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-dək qondarma "atəşkəs" rejiminin elan edilməsi ilə bağlı bəyanatını şərh edib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. Amerika liderinin sözlərinə görə, Putinə etibar etmək olmaz.

"Mən Putinin dediklərinə cavab vermək istəmirəm. Maraqlıdır ki, o, xəstəxanaları, uşaq bağçalarını və kilsələri bombalamağa hazır idi... dekabrın 25-də və Yeni il günü... Putin fasilə verməyə çalışır", - Bayden deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

QAZİLER.AZ

Diaspora