Sloveniya parlamentinin sədri Urska Klakocar Zupankikin konsertdə iştirak etmək üçün Vyanaya təyyarə ilə getməsi reaskiyaya səbəb olub.
Qaziler.az xəbər verir ki, ölkə mediasında yer alan məlumata görə, xanım sədrin bu hərəkəti Sloveniyada gündəm olub.
Belə ki, Urska Klakocar Zupankik Vyana Filarmoniya Orkestrinin Yeni il konsertində iştirak etmək üçün dövlətin təyyarəsindən istifadə edib. Bununla o, havada yüksək "karbon qazı izi" buraxdığı üçün tənqidlərə məruz qalıb. Bildirilib ki, təxminən 4 saatlıq Lyublyana-Vyana marşrutu üçün təyyarədən istifadə edən xanım sədr havaya 5-6 ton karbon qazı buraxıb. Məlumatda bundan əvvəl ölkənin Baş naziri Robert Qolobun karbon qazının azaldılması üçün xalqa daha az ət yeməyi çağırış etdiyi xatırladılıb.
Urska Klakocar Zupankik göstərilən tənqidi reaksiyalardan sonra “Karbon izi olmadan heç kim səyahət edə bilməz. Bəlkə at arabası ilə səyahət etməyə qərar versək, yalnız o zaman ən aşağı səviyyədə karbon izi buraxmış olarıq”, - deyə xanım sədr qeyd edib.
QAZİLER.AZ
