İŞİD qruplaşması girov götürdüyü 48 yaşlı Oslo sakini Ole Yohan Qrimsqaard-Ofstada görə pul tələb edir.
AZƏRTAC xəbər verir ki, Norveç hökuməti onu İŞİD qruplaşmasından satın almayacaqları barədə bəyanat yayıb. Belə ki, bu, ölkənin digər vətəndaşlarının da oğurlanaraq satılma riskini artıra bilər.Yaraqlılar, həmçinin 50 yaşlı digər əsir – Çin vətəndaşı Fen Tszinxuanı da “satışa” çıxarıblar. Girovların hansı şəraitdə ələ keçirilməsi bəlli deyil. Ehtimallara görə, onlar İŞİD qruplaşmasının əlinə keçməzdən öncə müxtəlif silahlı birləşmələrin əsirliyində olub.
Çox nadir hallarda girovlara İŞİD-in əsarətindən qurtulmaq müyəssər olur. Terrorçular düşmənlərini vahiməyə salmaq məqsədi ilə amansızlıqla edam etdikləri əsirlərin foto və video kadrlarını internetə yerləşdirirlər.
BMT-nin hesablamalarına görə, keçən il İŞİD qruplaşması əsirlərin hesabına 40 milyon dollar əldə ediblər.