Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, yeni dövr çərçivəsində Suriya ilə baş verən hadisələrdən asılı olaraq liderlər səviyyəsində görüş keçiriləcəyini bildirib.
Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının qərargahında keçirilən toplantıda belə deyib.
Gündəmdəki bir çox mövzuya toxunan Ərdoğan 11 ildən sonra Suriya ilə ilk təması da xatırladıb.
O, Rusiyada müdafiə nazirləri və kəşfiyyat rəhbərləri səviyyəsində keçirilən görüşdən sonra xarici işlər nazirlərinin də görüşəcəyini bildirib.
Prosesin davam etdiyini deyən prezident liderlər səviyyəsində görüşlə bağlı anons da verib.
Ərdoğan: "Cənab Putinlə bu səhər telefon danışığım oldu. Türkiyə-Rusiya-Suriya olaraq bir prosesə başladıq. Sonra, inşallah, xarici işlər nazirlərimizi bir araya gətirəcəyik.
Daha sonra vəziyyətdən asılı olaraq lider bir araya gələcək. Dərdimiz bölgədə sülhü təmin etmək və sülhün bərqərar olmasıdır”, - deyə bildirib.
QAZİLER.AZ