Ukrayna sentyabrda Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət edilməyib.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Baqçi brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Ukrayna G20 sammitinə dəvət olunanlar siyahısında yoxdur.
Tədbir sentyabrın 9-dan 10-dək Yeni Dehlidə baş tutacaq. G20 ölkələrinin liderlərindən başqa, daha doqquz ölkənin - Banqladeş, Misir, Mavrikiy, Hollandiya, Nigeriya, Oman, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri dəvət olunub.
QAZİLER.AZ