Rusiyada polislər xaricə getməyəcəklər

Rusiyada polislər xaricə getməyəcəklər backend

Rusiyada polislərə xaricə getmək qadağan olunub. Qanun keşikçiləri dövlət sirri saxladıqlarına görə də burada qanun pozuntusundan söhbət gedə bilməz. Qazilər.az saytının bildirdiyinə görə fevralın 17-də Rusiyanın Daxili İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, Rusiyalı polislərə xaricə getmək qadağan olunub.

Rusiya DİN-dən onu da dəqiqləşdiriblər ki, əməkdaşlar arasında heç bir sosial gərginlik yoxdur. Onlar bu tələbi anlayışla qarşılayıblar.

Xatırladaq ki, bütün attestasiyadan keçirilmiş daxili işlər orqanının əməkdaşlarına MDB, Abxaziya və Cənubi Osetiya istisna olmaqla xaricə getmək qadağan olunub.
Diaspora