Netanyahu “Mossad”ın rəhbəri ilə görüşüb

Netanyahu “Mossad”ın rəhbəri ilə görüşüb backend

Ötən il dekabrın 29-da vəzifəsinin icrasına başlayan İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin rəhbəri kimi ilk görüşünü İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin (“Mossad”) rəhbəri David Barnea ilə keçirib.

Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Netanyahu və Barnea arasında işgüzar görüş “Mossad”ın qərargahında baş tutub. Baş nazir bütövlükdə “Mossad”ın əməliyyat və kəşfiyyat məsələləri, xüsusilə də İran məsələsi ilə bağlı hesabata baxış keçirib.

Report.az

loading...
Diaspora