Qadın ərinin sobanın bacasında gizlətdiyi pulları bilmədən yandırdı

Qadın ərinin sobanın bacasında gizlətdiyi pulları bilmədən yandırdı backend

İtaliyalı bacada gizlətdiyi saxlancını arvadına görə itirib.

Qaziler.az bildirir ki, bu haqda Daily Mail yazıb.

Məlumata görə, İtaliyada Roma sakini təsadüfən ərinin sobanın bacasında gizlətdiyi 20 min avro  pulunu yandırıb.

Kişi oğruların evə girib pulu oğurlayacağından qorxduğu üçün yayda 20 min avroluq  dövlət istiqrazlarını bacada gizlətmək qərarına gəlib. O, pulu qışda, istilik mövsümü başlamamış götürməyi planlaşdırıbmış.

Lakin italyan pulu unudub və onları yalnız bundan xəbəri olmayan həyat yoldaşı Milad bayramı üçün sobanı yandırdıqdan sonra xatırlayıb. "Alovları görəndə və pullarımı itirdiyimi anlayanda az qala huşumu itirdim" - deyib.

QAZİLER.AZ

Diaspora