Kadırov Roma Papasının üzrxahlığını qəbul etdi

Kadırov Roma Papasının üzrxahlığını qəbul etdi backend

“Çeçenistan Roma Papası Fransiskin çeçenlərə qarşı söylədiklərinə görə üzrxahlığını qəbul edir”.

Qaziler.az "nyus.ruy"a istinadla xəbər verir ki, bu barədə Ramzan Kadırov RT-nin birbaşa yayımı zamanı deyib. Kadırov qeyd edib ki, Fransisk səhvini dərk edib.

“Səhvlərini başa düşdüklərindən və üzr istəmələrindən məmnunuq. Üzrxahlığı qəbul edirik, amma hamıya deyirik: çeçenlərin hisslərinə toxunmayın. Biz bundan məsuluq”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk Ukraynadakı döyüşlərdə ən çox vəhşiliyi rus ənənəsinə sadiq olmayan insanlarda gördüyünü bildirib. Pontifik buna misal olaraq çeçenləri və buryatları misal göstərib.

QAZİLER.AZ

Diaspora