Kiyevdən Belarusa düşən raketlə bağlı TƏKLİF: “Biz hazırıq!”

Kiyevdən Belarusa düşən raketlə bağlı TƏKLİF:  “Biz hazırıq!” backend

Ukrayna Müdafiə Nazirliyi Belarusa raketin düşməsi ilə bağlı araşdırma aparmağa hazır olduğunu açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə nazirlik “Facebook”da paylaşım edib.

Nazirlik açıqlamasında Ukraynanın insidentdə iştirakını inkar edərək, raketin düşməsinin Rusiyanın təxribatı ola biləcəyini qeyd edib.

“Ukrayna tərəfi Rusiyanın qəsdən təxribat törətdiyini istisna etmir. Eyni zamanda, Ukrayna tərəfi dekabrın 29-da Belarus səmasında baş vermiş insidentlə bağlı obyektiv araşdırma aparmağa hazırdır”, - hesabatda deyilir.

Ukrayna Müdafiə Nazirliyi araşdırmaya Rusiya ilə əməkdaşlıq etməyən bir sıra dövlətlərdən “mötəbər ekspertlər”i dəvət etməyi təklif edib.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Belarus ərazisinə Ukraynaya məxsus “S-300” raketinin düşməsi qeydə alınıb. Hadisə ilə bağlı dövlət başçısı Aleksandr Lukaşenkoya məlumat verilib.

QAZİLER.AZ

Diaspora