Əlini timsah dişləyən ABŞ sakini Florida ştatının Myakka şəhəri yaxınlığındakı bataqlıqda üç gün gizlənərək sağ qalıb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə “The Sun” məlumat yayıb.
43 yaşlı Erik Merda Manati gölündəki balıqçılar düşərgəsində istirahət edərkən sərxoş halda çimməyə gedib: polis onun furqonunda marixuana və bir şüşə viski tapıb.
Manati gölündə çimərkən timsahın hücumuna məruz qalan sərxoş adamın timsah qolunu dirsəyə qədər qoparsa da Merda bir qolu ilə üzüb oradan uzaqlaşa bilib.
3 gün ərzində göldə gizlənən adam dəfələrlə suya girdiyi yeri tapmağa çalışsa da azdığından istəyinə nail ola bilməyib.
Nəhayət boş pivə şüşəsi tapıb ki, bu da insanların yaxınlıqda olduğuna işarə idi. Tezliklə o, öz mikroavtobusunu və yaxınlıqda maşın saxlamış bir adamı görüb. Xilasedicilər hadisə yerinə yarım saatdan sonra gəliblər. Merda üç həftə yerli xəstəxanada yatıb. Qolunun qalan hissəsi yoluxmamaq üçün amputasiya edilib.
QAZİLER.AZ