İngiltərədə özəl xəstəxanalardan birində xəstələrə gedən səhv mesaj təlaşa səbəb olub.
Qaziler.az TRT Haber-ə istinadla xəbər verir ki, həkim yeni il təbriki əvəzinə xəstələrə “xərçəng xəstəsisiniz” mesajını göndərib. Xərçəng olduqlarını öyrənən onlarla insan böyük həyəcan yaşayıb və xəstəxanaya axın ediblər.
Xəstələr məsələ ilə bağlı səlahiyyətli şəxslərlə əlaqə saxlamağa çalışıb. Müraciətlər çox olduğu üçün telefonlar məşğul olub.
Nəticədə, mesajın yanlışlıqla göndərildiyi məlum olub. Daha sonra xəsətələr sosial media vasitəsiylə etiraz ediblər. Özəl xəstəxana isə açıqlama mesajı göndərərək xəstələrdən üzr istəyib.
QAZİLER.AZ
