Serbiya Prezidenti Aleksandr Vuçiçin dünən barrikadaların götürülməsi ilə bağlı etdiyi çağırışdan sonra Kosovanın şimalındakı bağlanan yol açılıb.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Rudar şəhərində qurulan barrikadalar maskalı insanlar tərəfindən geri çəkilib.
Dekabrın 10-dan etibarən hərəkət etmədən qalan avtomobillərin bəzilərinin işləmədiyi də məlum olub.
Qeyd edək ki, Kosovanın şimalında sabiq serbiyalı polis məmuru Dejan Pantiçin həbsinə etiraz olaraq qurulan barrikalar Serbiya Prezidenti Aleksandr Vuçiçin qərarı ev dustaqlığına çevirməsindən sonra yol açılıb.
QAZİLER.AZ


