Türkiyədə kəndlilər qar duasına çıxdılar

Türkiyədə kəndlilər qar duasına çıxdılar backend

Türkiyədə son 31 ilin ən quraq qışını keçirdiklərini bildirən ərzurumlular qar yağması üçün əllərini göyə açıblar.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərzurum din xadimləri, imam və kənd camaatı qar duası üçün bir araya gəlib.

Bir təpənin başına çıxıb əllərini açan imam və kəndlilərin hamısı bir ağızdan duaya amin deyib.

“Əvvəllər şəhərin mərkəzinə 2 metrəyə yaxın qar yağardı. Dağlara yağan qarın hündürlüyü isə 3-4 metrə çatardı. Havaların belə keçməsi heç xeyirli əlamət deyil. Bu, qıtlıq və quraqlığa işarədir. Əkdiyimiz buğdanın üzəri qarla örtülmədiyi üçün bəlkə dı çürüyüb”, - deyə kənd sakini bildirib.

QAZİLER.AZ

Diaspora