Türkiyədə sinifyoldaşları qüsurlu uşağı döydü: 4 nəfər saxlanılıb - VİDEO

Türkiyədə sinifyoldaşları qüsurlu uşağı döydü: 4 nəfər saxlanılıb - VİDEO backend

Zonquldakın Ereğli mahalında yerləşən Sənaye Peşə və Texniki Anadolu Liseyində zorakılıq hadisəsi baş verib.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, çəkilən görüntülərin yayılmasından sonra İl Milli Təhsil Müdirliyi məsələ ilə bağlı polisə xəbər verib, məktəb rəhbərliyi isə intizam tədbirinə başlayıb.

Liseydə çəkilən görüntülərdə 11-ci sinif şagirdi sinif yoldaşları tərəfindən döyülür. Görüntülərdə N.G.-ni ortaya salan şagirdlər ona yumruq, sillə-təpik vururlar. Digər bir şagird isə onun başını ard-arda yazı lövhəsinə vurur, daha sonra isə onu məcburi ortaya salıb rəqs etdirirlər.

Hadisədə iştirak edən 4 gəncin saxlanıldığı bildirilir.

Məlumatda zorakılığa məruz qalan şagirdin fiziki qüsurlu olduğu qeyd edilib.

QAZİLER.AZ

Diaspora