Baydenin Ağ Evin bir sıra mühafizəçilərinə etibar etmədiyi məlum olub

Baydenin Ağ Evin bir sıra mühafizəçilərinə etibar etmədiyi məlum olub backend

ABŞ Prezident Cozef Bayden Ağ Evdə Məxfi Xidmətdən olan bəzi mühafizəçilərə etibar etmir, çünki onlar Birləşmiş Ştatların keçmiş prezidenti Donald Trampın tərəfdarlarıdır.

“Report” xəbər verir ki, bu barədə “The Hill” qəzeti amerikalı yazıçı və jurnalist Kris Uiplenin “Onun həyatının bütün mübarizəsi: Ağ Evin daxili Cozef Baydenin dövründə” kitabına istinadən yazır.

“Baydenin ən böyük problemi təhlükəsizlik komandası ilə bağlı narahatlığı idi. Bu insanların bəziləri “Amerikanı yenidən möhtəşəm edək” şüarına rəğbət bəsləyirdilər. O, həmin şəxslərə güvənmədi”, - kitabda deyilir.

Uipplen kitabda qeyd edib ki, Məxfi Xidmətdə əsasən cənub ştatlarından "dərin" baxışları mühafizəkar olan bir çox keçmiş polis çalışır.

loading...
Diaspora