Fırtına Yaponiya şəhərlərini yerlə yeksan edir - GÖRÜNTÜ

Fırtına Yaponiya şəhərlərini yerlə yeksan edir - GÖRÜNTÜ backend

Yaponiyada “Kilo” siklonu təbii fəlakətə səbəb olub. APA TV-nin məlumatına görə, Minamiaidzu şəhərində 850 nəfərin ətraf aləmlə əlaqəsi tam kəsilib. Fukusima prefekturasında sel suları magistral yolları yuyub aparıb. Bölgədə nəqliyyatın hərəkəti tam məhdudlaşıb. Xonsyü və Hokkaydo adaları istiqamətində hərəkət edən küləyin sürəti saniyədə 25 metrdir. Bu sürət bəzən saniyədə 35 metrə çatır. Siklonun adalara tərəf saatda 25 kilometr sürətlə hərəkət etdiyi bildirilir. Siklon axşam saatlarında Kuril adalarına çatacaq.

Yaponiya hökuməti böhran qərargahı yaradıb. qərargahın əsas vəzifəsi təbii fəlakətin nəticələri barədə məlumat toplamaqdır.

Diaspora