Ukraynada zəlzələ oldu

Ukraynada zəlzələ oldu backend

Ukraynada zəlzələ baş verib. Zəlzələ dekabrın 28-i günorta saatlarından sonra Baş Xüsusi Nəzarət Mərkəzi tərəfindən qeydə alınıb.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, mərkəzin saytında yer alan məlumata görə, zəlzələ saat 14 radələrində qeydə alınıb. Onun rixter cədvəli üzrə maqnitudası 2,4 bal gücündə olub.

Zəlzələnin episentri şəhər tipli Delyatın qəsəbəsindən (İvano-Frankivsk vilayətinin Nadvirnyanski rayonu) qərbdə yerləşən ərazidə, iki kilometr dərinlikdə yerləşib.

QAZİLER.AZ

Diaspora