Ukrayna prezidenti Volodimir Zelenski ölkənin bütövlüyünün bərpasını Rusiya ilə münaqişənin məqsədi adlandırıb. O, həmçinin qeyd edib ki, Kiyev bütün ukraynalı hərbi əsirləri vətənə qaytarmaq niyyətindədir. Onun sözlərinə görə, indiyədək onlardan 1456-sı dəyişdirilib.
Qaziler.az xəbər verir ki, bu bardə “Strana.ua” yazıb.
“Yekun məqsəd Ukraynanın ərazi bütövlüyünün bərpası, əsirlikdə olanların hamısının azad edilməsi və ukraynalı qaçqınların evlərinə qayıtmasıdır”, - deyə Zelenski bildirib.
Dekabrın 24-də səfirlərlə görüşdə Zelenski 2023-cü ildə Ukrayna diplomatiyasının əsas vəzifələrini açıqlayıb, hansı ki, arasında Rusiya ilə sülh danışıqları yoxdur. Onun sözlərinə görə, əsas prioritetlərdən biri ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaqdır. Ukrayna lideri əlavə edib ki, diplomatlar ölkənin müdafiə ehtiyaclarını, yəni Qərb ölkələrindən silah tədarükünü təmin etməyə çalışmalıdırlar. O, Rusiya mövzusuna da toxunub və deyib ki, səfirlər sanksiyaların tətbiqi və Rusiya Federasiyasının aktivlərinin bloklanması ilə bağlı işləri gücləndirməlidirlər.
QAZİLER.AZ